İranın paytaxtı Tehranın “Evin” həbsxanasında baş verən yanğında 8 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, olayda ölən olmayıb.
“Reuters”in məlumatına görə, həbsxanada siyasi məhbuslarla yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.
Yerli dövlət KİV isə qeyd edib ki, həbsxanada vəziyyət nəzarət altına alınıb.
Oxu24.com
ŞƏRHLƏR