Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75040
az

Məşhur yazıçı arvadını yataqda gənc hərbçi ilə TUTDU: Xəyanətkar qadının sözləri isə əsl ŞOK EFFEKTİ YARATDI - FOTO

23:3915 Oktyabr, 2022
259
DÜNYA
  • A

Fransız yazıçısı və filosofu Volteri müasirləri dahi hesab edirdilər. Onun fikirlərinə zadəganlar və krallar qulaq asırdılar, yazdığı ədəbi əsərlər isə böyük uğur qazanırdı. Ağıl və istedad şübhəsiz ki, vacibdir, amma Volter parlaq karyerasını həm də onun qarşısına çıxan markiz dyu-Şatleyə borcludur. Bu qadın yazıçı üçün sevgili, həyat dostu, demək olar ki, hər şey olub. Məhz o, atəşli Volterin daxili ehtiraslarını, enerjisini lazımi məcraya yönəldirdi.

 əsl adı Fransua-Mari Arue olan, tarixin ən maraqlı şəxsiyyətlərindən, XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, filosof, insan hüquqları müdafiəçisi Volter haqqında yazını dəyərli oxucularına təqdim edir:

Volterin ədəbi fəaliyyətinin başlanğıcı kifayət qədər uğurlu idi. Onun yazdığı faciələr oxucular tərəfindən iltifatlarla qarşılanırdı. Amma yüksək vəzifəli məmurun ünvanına yazdığı satirik şeirləri yazıçını dəmir barmaqlıq arxasına gətirib çıxardı. Sonralar Volter eyni səbəbdən yenidən həbsxanaya düşür. Azadfikirlilik yazıçı və filosofu rahat yaşamağa imkan vermirdi. Məmurların ünvanına etdiyi tənqidi fikirlərinə görə Volter polisdən gizlənməli olur.

1733-ci ildə o, Lotaringiyaya qaçır və ehtirasların səngiməyini gözləyir. Lakin gecələrin birində Volter evin yaxınlığında gəzən zaman onun yoluna əlləri dəyənəkli insanlar çıxır. Onu çox güman ki, döyəcəkdilər, amma həmin an qaranlıqdan at üzərində qadın peyda olur. Bədxahlar görünmələrini istəmədən gizlənirlər. Qadın özünü markiza dyu-Şatle kimi təqdim edir. O, heyrət dolu Volterə onun ardınca Sirey qəsrinə getməyi təklif edir.

Volter xanım Şatlenin qəsrində məskunlaşır, ona vurulur, öz sevgilisi adlandırır, əsərlərini ona ithaf etməyə başlayır. Emiliya dyu-Şatle də ona eyni məhəbbətlə cavab verirdi. Yeri gəlmişkən, Volter heç vaxt bilmədi ki, Emiliya onun azadlığı müqabilində kral möhürünü saxlayan nazirə nə söz vermişdi. Onu inandıra bilmişdi ki, Volter daha hakimiyyəti nüfuzdan salan heç nə çap etməyəcək.

Emiliya dyu-Şatle çox savadlı qadın idi. O, təbiət elmlərini öyrənir, elmi əsərlərin tərcüməsi ilə məşğul olur, müasirləri arasında isə orijinallığı ilə seçilirdi. Şatle ailəli idi, amma bu, onun məşuqlara malik olmasına mane olmurdu. Məsələ burasındadır ki, XV Lüdovikin zamanında bu cür vəziyyət adi norma sayılırdı. İlk görüş zamanı Volterin 39, Emliyanın isə 27 yaşı var idi.

Məhz Sirey qəsrində Emiliyanın qayğısının əhatəsində Volter öz əsərlərinin böyük bir hissəsini yazır. Yazıçı Emiliyanın və onunla bağlı olan hər şeyin vurğunu idi. Əgər əvvəllər Volter musiqiyə maraq göstərmirdisə, Emilyanın arada nəğmə oxuması onu heyrətə gətirirdi.


 

Emiliya da ona eyni məhəbbətlə cavab verirdi: o, Volterin fəlsəfi mühakimələrinə qulaq asır, onunla tarixi, elmi müzakirələr edirdi. Eyni zamanda, qeyd etmək lazımdır ki, Emiliya dyu-Şatle öz soyuqqanlılığını saxlayırdı. O, kral möhürünü saxlayan nazirə verdiyi sözü də, axıra qədər qoruyur: Volterin hökumətin acığını gələ biləcək heç bir əsəri çapa getmirdi. Amma bu o demək deyildi ki, belə əsərlər yox idi. Məhz qadının uzaqgörənliyi sayəsində yazıçının bir çox fəlsəfi əsərləri günümüzə gəlib çatdı. Bundan başqa, 1746-ci ildə Volterə zadəgan titulu və kral yanında tarixçi vəzifəsi verildi.

Sirey qəsrində məskunlaşandan 15 il sonra yazıçı bildi ki, sevgilisi ona xəyanət edir. Rəqib gənc hərbçı və istedadsız şair olan markiz Sen-Lamber idi. Filosof qadının vəfasızlığından təsadüfən xəbər tutur. Bir dəfə o, onun otağına xəbərdarlıq etmədən girir və çarpayısında gənc bir kişi görür. Əsəbi şəkildə yataq otağından çıxan Volter əşyalarını toplamağa gedir. Emiliya ona çatır və bütün qadın gözəlliyini işə salaraq emosional yazıçını fikrindən daşındırmağa çalışır: "Etiraf edin ki, indi siz bizim müəyyən etdiyimiz rejimi davam etdirmək iqtidarında deyilsinız. Bir gənc zabitin sizə kömək etmək istəməsinə bu qədər qəzəblənərlər?".

54 yaşlı Volter etiraf etməyə bilməzdi ki, "yataq işlərində" o, 30 yaşlı rəqibinə şübhəsiz ki, məğlub olur. Bununla barışır, ertəsi gün yazıçı artıq əsrarəngiz Emiliyanın intim meyilləri haqda Sen-Lamberlə məsləhətləşirdi. Yaranmış vəziyyət barədə Volter öz xatirələrində belə yazırdı: "Mən Rişelyeni əvəzlədim, Sen-Lamber də məni. Bu, hadisələrin təbii gedişatıdır, dünyada hər şey belə də gedir".

Bir müddət sonra markiz dyu-Şatle hamilə qalır. Volter xanımını inandıra bilir ki, gələn uşaq məhz ondandır. Emiliya yaşına görə doğuşun mümkün olmayacağını düşünərək məyusluq keçirirdi, lakin doğuş sürətli və asan keçdi. Təəssüf ki, Emiliya doğuşdan 3 gün sonra vəfat edir. Körpə də anasız çox yaşamadı.

Məşuqəsinin, rəfiqəsinin, sevgilisinin ölümü Volterə güclü zərbə oldu. O, qəsrdə ora-bura vurnuxur, dostlarına ümidsiz məktublar yazır, zəhər içərək həyatla vidalaşmaq istəyini dilə gətirirdi. Prussiya kralına yazdığı məktubda filosof çox əziyyət çəkdiyini dilə gətirir: "Mən uzun illər ərzində dəli kimi sevdiyim bir adamı itidrim. Bu dəhşətli ölüm mənim həyatımı həmişəlik zəhərlədi. Mən hələ Sireydəyəm. Bilmirəm, onun nuru ilə işıqlanan evi necə tərk edim. Göz yaşları içində əriyirəm. Özümün yarısını itirdim, ruhumu itirdim".

Xoşbəxtlikdən özünü toparlaya bilir. Volter sevgilisinin ölümündən sonra daha 29 il yaşayır. Emiliya ilə keçən zamanı isə filosof, "yerdəki cənnət" adlandırır.

Volter hər dəfə qeyd edirdi ki, əgər tale onun qarşısına əsrarəngiz Emiliya dyu-Şatleni çıxarmasaydı, o, ömrünü dünyanın ən qorxunc həbsxanalarından biri - Bastiliyada keçirəcəkdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putindən YENİ QANUN -Onların vaxtı keçmiş kreditləri SİLİNDİ
Xəstəxanada dəhşətli hadisə: Xəstənin gözləri yoxa çıxdı
Ailələr "TikTok"-u məhkəməyə verdi: bu səbəbə görə

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi