Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75027
az

Filimlərin önündəki canlı şiri belə çəkiblər - Sən demə

21:0015 Oktyabr, 2022
269
OXU24 TV
  • A

Hər dəfə filmə baxanda qarşımıza film şirkətlərinin loqoları çıxır. Yəqin ki, çoxlarımız bu loqolar, onların mənası haqqında heç fikirləşmir də. Əslində isə, onların hər birinin maraqlı tarixçəsi və mənası var. Məsələn, Pramount Pikçersin loqosundakı dağ hansı dağdır? Yaxud, Dream  Works`in loqosundakı oğlan kimdir? Bu haqda fikirləşənlər və öyrənmək istəyənlər, bu video sizin üçündür. 

Dream  Works. 1994-cü ildə 3 məhşur şəxs bir yerə toplandı. Rejissor Stivin Spiilberg, Ceffri  Katzenberg və Devid Qeffen. Onları bir yerə toplayan yeni kinostudiya yaratmaq arzusu idi. Təbii ki, yeni yaranan studiyaya yeni loqo da lazım idi. Loqonu hazırlamaq rəssam Robert Hanta həvalə edildi.  Stivin Spiilbergin istəyilə Hant şar vasitəsilə aya çıxan, orda oturub balıq tutan kişi təsvir etməliydi. Və bütün bunlar kompyuter qrafikası ilə hazırlanmalıydı. Amma, Hant öz oğlunu çəkdiyi ikinci versiyanı da hazırladı. Yekun baxışda Spiilberg uşaq olan variantı bəyəndi. 


Paramount Pictures 1912-ci ildə yaranıb. Şirkətin loqosunu Vuilyam  Hodkinson hazırlayıb. O, uşaqlığını keçirdiyi Yuta ştatındakı Ben Lomond dağına bənzər dağ çəkib. İlkin  vaxtlarda dağın ətrafında 24 ulduz vardı.  Bu, həmin dövrdə şirkətlə müqavilə bağlayan məhşur ulduzların sayıydı. İndi isə dağın zirvəsindəki ulduzların sayı 22-dir. Bu dəyişikliyin səbəbi bilinmir. Hazırda loqodakı dağ ilkin variantdakından fərqlənir. Bunun da səbəbi yeni loqonun kompyuter qrafikası ilə işlənməsidir. 

Columbia Pictures. Film şirkəti öz loqosunu 1924-cü ildə təqdim edib. İlk loqoda arxasında qara fon olan qadının bir əlində yanan məşəl, o biri əlində ABŞ bayrağı vardı. Columbia Pictures sözləri onun başı üzərində yazılırdı. Təbii ki, loqo bu cür olduqca bəsit görünürdü. Sonradan loqo müəyyən dəyişikliklərə uğradı. Zamanla qadının başındakı yaylıq götürüldü, saçları daha səliqəli oldu, arxa fonda buludlar göründü. “Sony” kompaniyası film şirkətini aldıqdan sonra loqo son variantda təkrar işləndi. İllərdir qarşımıza çıxan son variantda qadının əlində bayraq yoxdu, məşəlin alovu daha gurdu. Yazılar isə qadının arxasında qalır. 


Metro Goldon Mayer.  Şirkətin 1924-cü ildə yaranan ilk loqosunun ideya müəllifi Howard Daytz olub. O vaxtlar Kolumbiya Universitetində “The layns” adlı bir idman klubu vardı. Daytz ideyasını həyata keçirməkdə məhz həmin klubdan ilhamlanıb. İndiyədək MGM-nin loqosunda 5 fərqli aslan  çəkilib: Slats, Cekii, Tanner, Corc və Leo. Hazırkı loqonun qəhrəmanı Leo`dur. Qeyd edim ki, loqoların çəkilişi zamanı heç bir şir zədə almayıb və əziyyətə məruz qalmayıb. Əgər internetdə qarşınıza əziyyət verilən  şir şəkilləri çıxırsa, əmin olun ki, kimsə fotoşopda gözəl işləməyi bacarır…  

Wolt Disney. Dünyanın ən məhşur cizgi filmi studiyasının loqosundakı qəsr çoxlarımızı xəyalən nağıllar diyarına qonaq edib. Şirkətin  ilk loqosunda Almaniyadakı ikinci adı Qu Quşu qəsri  olan Neuşanstein  qəsri görünürdü. 2006-cı ildən bu yana isə şirkət  loqosunda müəyyən dəyişikliklər etdi. Hazırkı loqoda uşaqların nağıl dünyasını sehrləyən qəsr Parisdəki Cindrella qəsridir...

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi