Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7501
az

Azərbaycanın bu silahının səsindən ermənilər niyə qorxur? - ŞOK FAKTLAR+VİDEO

12:5829 Noyabr, 2018
1577
HƏRBİ
  • A
 Azərbaycan Ordusunun silahlanmasına israil dövlətinin mühüm rolu var. İsrailin Azərbaycana satdığı silahlardan ordumuzda geniş istifadə olunub.

Oxu24.com saytı İsrailin Azərbaycana satdığı və Aprel  döyüşləri  zamanı düşmən ordusunu vahiməyə salan   “Harop” tipli pilotsuz uçuş aparatı ilə bağlı maraqlı məlumatı təqdim edir:

Azərbaycan  İsraildən aprel döyüşlərində istifadə etdiyimiz “Harop” silahlarını da  alıb. Eyni zamanda “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsrail istehsalıdır. “Harop” gəzən sursatları uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə mübarizə üçün nəzərdə tutulur.

“Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. Uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr təşkil edən “Harop”un çəkisi 135 kq, partlayıcı yükü 13/23 kiloqram təşkil edir. Azərbaycan aprel döyüşlərində “Harop”la uğurlu atışlar gerçəkləşdirib.

Hazırda gəzən sursatların yaradılması istiqamətində dünyada müxtəlif şirkətlər tərəfindən layihələr həyata keçirilməkdədir. Bu texnologiyaya sahib ölkələr siyahısına İsrail liderlik edir. 2006-cı ildə Livanla müharibədə, eləcə də ötən il Suriya Ordusunun bazalarına və Fələstin ərazilərindəki mövqelərə zərbələrin endirilməsində gəzən sursatlardan istifadə edən İsrail eyni zamanda bu məhsulların dünyada ən böyük ixracatçısıdır. Hazırda İsrail şirkətlərinin istehsalı olan müxtəlif növ gəzən sursatlar dünyanın 10-a yaxın ölkəsinin silahlanmasında yer alır.


2000-ci illərin əvvəllərində IAI şirkəti tərəfindən hazırlanmış “Harop” kamikadze PUA 2009-cu ildə Hindistanda keçirilən hərbi sərgidə beynəlxalq bazara təklif olundu. IAI “Harpy” aparatlarının təcrübəsi nəzərə alınaraq yaradılan “Harop” sələfindən yüksək ayırdetmə dəqiqliyinə malik gecə/gündüz və infraqırmızı kameraya, 360 dərəcə bucaq altında axtarış apara bilən radara, habelə anti-radar sisteminə mailk olması ilə fərqlənir. PUA olaraq atışla havalanan “Harop” hədəfi aşkar etdikdən sonra avtomatik şəkildə hədəfə tuşlanan mərmiyə çevrilir. Hədəfin məhv edilməsi əmri ləğv olunduqdan sonra aparat patrul funksiyasını davam etdirə və bazasına qayıda bilir. Əslində uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə ilə mübarizə üçün nəzərdə tutulan “Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. Uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr təşkil edən “Harop”un çəkisi 135 kq, partlayıcı yükü 13/23 kiloqram təşkil edir. “Harop” 2009-cu ildə Hindistanın və Almaniyanın silahlanmasına daxil olub.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusu dağlarda əks-hücum əməliyyatı keçirib  — Əməliyyata Həsənovla Sadıqov rəhbərlik edir
Zakir Həsənov MİQ-29 qəzasından danışdı:
“Mxitaryan bir köpüklük futbolçu deyil” - Zakir Həsənovdan maraqlı AÇIQLAMA

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Azərbaycanda 15 yaşlı qız intihar etdi