Qozun sağlamlığımıza faydaları haqqında çox eşitmişik. Amma onun suyunun özündən daha çox faydalı olduğundan xəbəriniz var? Yuxu problemi, qəbzlik, ürək damar problemləri və sayacağımız onlarla xəstəliyin müalicəsində bu suyun təsirləri və istifadə qaydalarından danışacağıq.
Siz bir bax kanalındasınız. Bu kimi videoların davamı üçün kanalımıza abunə olun!
Qoz suyunu əldə etmək olduqca asandır. Bunun üçün bir stəkan otaq temperaturunda suya bir necə qozun ləpəsini qoyun. Bir gecə - azı 7 saat suda saxlayın. Səhər yuxudan oyanan kimi, səhər yeməyindən yarım saat əvvəl bu suyu içib, içindəki qozu yeyin.
Bəs neçə gün etməliyik?
Proseduru 15 gün müddətində, hər gün edin. 15 gün tamamlandıqdan əks təsilərinin olmaması üçün bir müddət fasilə verməkdə fayda var.
Bəs acqarına içilən bu suyun faydaları nələrdir?
Həzm sistemi üçün çox faydalıdır. Qəbzliyi aradan qaldırır, qaz və şişkinlik kimi problemlərin qarşısını alır. Mensturasiyası düzənsiz və ağrılı keçən qadınların bu periodu rahat keçirməyinə kömək edər.
Qoz suyu çəki verməkdə önəmlidir. Protein tərkibi ilə yağ yandırmasını sürətləndirir və beləliklə istənməyən bölgələrdəki yağlara təsir edər. Metabolizmanı sürətləndirdiyi üçün çəki vermək istəyənlərin hər gün ac qarnına bir stəkan qoz suyu içməsi önəmlidir.
Dəriyə faydalıdır. Sızanaq kimi bir çox problemlərin müalicəsində istifadə edilir. Dırnaqların və saçların uzanmasında baxım məhsulu kimi istifadə edilir. Qoz suyu yuxu problemləri yaşayanlar üçün də xeyirlidir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içilən qoz suyu daha keyfiyyətli yuxunu təmin edir.Yorğunluq, gərginlik, halsızlıq kimi problemləri də azaldır.
Qoz suyu Xolestrolu tarazlaşdırar. Bu xüsusuiyyəti ilə o ürək və damar xəstələri üçün önəmlidir. Tərkibindəki folik-asid, Omeqa-3 və maqnezium kimi vitaminlərlə infarkt riskini də azaldır. Qan şəkərini normallaşdırır. Beləliklə, özünüzü daha enerjili və rahat hiss edərsiniz.
Süd verən analar və hamilələr üçün də faydalıdır. Belə ki, hamiləlikdə artıq çəki almasının qarşısını alır. Həmçinin, süd verən analarda qoz suyundakı vitaminlər süd yolu ilə uşağa da keçir. Tərkibindəki vitaminlər beyin funksiyalarını gücləndirər. Beləliklə altsheymer kimi xəstəliklərə yoluxma riskini azaldır.
Bütün günü enerjili olmaq üçün səhər yuxudan oyanan kim bir gecə əvvəl hazırladığınız qoz suyu içməniz məsləhətdir.
Proteinlə zəngindir
Yağla zəngin olan qoz yüksək miqdarda protein ehtiva edir. Xüsusilə ət istehlak etməyən insanlar üçün qoz suyu çox faydalıdır.Əgər vegeteriansınızsa, qozdan lazım olan zülalı ala bilərsiniz.
Tox saxlayır
Qoz suyu içərisində olan çox miqdarda protein sayəsində uzun müddət tox saxlayır və orqanizmdəki yağ yandırılmasını asanlaşdırır.
Xeyrindən danışdıq, bəs Qoz suyunun zərərləri nədir?
Qoz allergiyaya səbəb ola bilən bir qida olduğundan bəzi bədənlərdə qızartı, qaşınma, ləkə, şişlik kimi yan təsirlər göstərə bilər.
Çox miqdarda lif ehtiva etdiyi üçün çox lif istehlak etmək ishala səbəb ola bilər.
Bəzi insanlarda baş ağrısı yarada bilər.
Mədəsində problemi olan, həssas mədəsi olan insanlarda ağrı yarada bilər.
Bütün hallarda, istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşdə fayda var.
Oxu24.com
ŞƏRHLƏR