Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74980
az

Elçin Sadıqov Rasim Məmmədovun vəkilliyindən uzaqlaşdırıldı

19:4714 Oktyabr, 2022
160
SON DƏQİQƏ
  • A

Vəkil Elçin Sadıqov hazırda həbsdə olan "Baku Stell Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun vəkilliyindən uzaqlaşdırılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin bu gün keçirilən iclasında qərar qəbul olunub. 

Bununla bağlı vəkil Elçin Sadıqov da feysbuk səhifəsində açıqlama yayıb və hakimin bu qərarını əsassız adlandırıb: 

“Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi axır ki, həmin işdə açıq saxladığı vəsatəti bir daha qaldırmağımdan narahat olaraq ev dustaqlığı qərarında cinayət prosesi iştirakçıları ilə əlaqə saxlamamaq yazılmasını bəhanə edib məni R.Məmmədovun müdafiəsindən kənarlaşdırdı.

Kənarlaşdırılma qərarı qanunsuzdur və mənim vəkillik fəaliyyətimin qarşısını almaq üçün edilib”.

Qeyd edək ki, "Baku Steel Company" şirkətinin sabiq direktoru Rasim Məmmədov külli miqdarda yeyintidə ittiham olunaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məhkəmə zamanı onun vəkili Elçin Sadıqov da həbs edilib. Belə ki, vəkilin R.Məmmədovun ailəsindən jurnalist Əvəz Zeynallıya 20 min manat alınıb verilməsində iştirak etdiyi iddia olunub. E.Sadıqov 1 həftəlik həbsdən sonra ev dustaqlığına buraxılıb. Hazırda onun barəsindəki cinayət işi üzrə istintaq davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ! 3 gün su olmayacaq
Cahangir ƏsgərovaAĞIR İTKİ
"MERO" rəisi yüksək vəzifəyə      təyin          olundu

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda QHT sədrinin qızını maşın      vurub      öldürdü