Türkiyədə qadın müəllimə gündəm yaradıb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən qadın polis tərəfindən saxlanılıb. Bu zaman o, qışqırmağa və polis maşınına əli ilə zərbələr endirməyə başlayıb. Qadının videosu sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
Məsələ ilə bağlı mətbuata açıqlama verən qadın müəllimə deyib ki, onun belə qışqırmasına səbəb polisin telefonla onu qeydə alması olub.
"Polis məni telefonla kameraya çəkməyə başlayanda əsəb keçirdim və qışqırmağa başladım", deyə o bildirib.
Oxu24.com
ŞƏRHLƏR