Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74967
az

“Breyn Rinq”in növbəti oyunu bazar günü İTV-nin efirində yayımlanacaq

14:2014 Oktyabr, 2022
189
  • A

Azərbaycanın ən intellektual oyunlarından biri "Breyn Rinq" "Nar"ın dəstəyi ilə növbəti mövsümə başlayır. İntellektual yarışmanın sayca 20-ci mövsümü oktyabrın 16-da saat 19.20-də İctimai Televiziyanın efirində nümayiş olunacaq. Qeyd edək ki, ötən verilişdə "Gəncə" komandası ADAU və BDU-nun komandaları üzərində qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Ötən verilişdə olduğu kimi, bu dəfə oyunlara məktəblilərdən tutmuş, ən müxtəlif yaş qrupunu təmsil edən insanların baxacağı şəksizdir. Bunu müraciət edən komandaların sayının əvvəlki illərlə müqayisədə çox olması da təsdiq edir. Gəncləri stimullaşdırmağa yönələn oyunlar gəncləri elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq 9 ildir ki, "Nar"ın dəstəyi ilə yayımlanan ölkənin ən maraqlı intellektual yarışında respublikanın əksər bölgələrinin nüfuzlu ali məktəblərinin tələbələri mübarizə aparır. Azərbaycanın bütün regionlarını əhatə edən oyunların bir hədəfi var - gənclərin maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığının inkişafı. Bütün komandalara oyunlarda uğurlar arzulayırıq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qorunmağın 12 yolu
Balıq və limon birlikdə bişirilməlidir - səbəb
Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? - İçinə qatılanlar açıqlandı

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi