Qonşu Gürcüstana rusların kütləvi axını ölkədə narazılıqlara səbəb olub. Gürcülər bu narazılıqlarını müxtəlif yollarla göstərməyə başlayıblar. Tbilisi küçələrində bunu açıq-aydın görmək olur. Daha ətraflı əməkdaşımız Almaz Nadiroğlunun paytaxt tbilisidən hazırladığı süjetdə.
Rusiya vətəndaşlarının Tbilisiyə axın etməsi bu şəhərdə yaşayan sakinləri narahat etməyə başlayıb. Onlar etirazlarını şəhərin küçələrindəki divar və lövhələrə təhqir məzmunlu müxtəlif yazılar yazmaqla bildirirlər.
Paytaxt sakinləri rusların ölkələrində problemlərə səbəb olduqlarını əsas gətirərək belə addım atdıqlarını deyirlər.
Tbilisidəki ruslar isə 2008-ci il Rusiya-Gürcüstan müharibəsini xatırladıqlarını, bunu nəzərə alaraq gürcülərin bu gün onlara qarşı olan münasibətlərinin başadüşülən olduğunu deyirlər.
Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Gürcüstana on minlərlə Rusiya vətəndaşı keçib. Rusiya-Gürcüstan sərhədində kilometrlərlə növbələr yaranıb.
Oxu24.com
ŞƏRHLƏR