Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7492
az

Gürcüstan ilk qadın prezidentini seçdi — Salome Zurabişvili kimdir?

09:5729 Noyabr, 2018
856
SİYASƏT
  • A
 Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib.

Oxu24.com  xəbər verir ki, prezidentliyə namizəd Salome Zurabişvili səslərin 59.56 faizini toplayaraq qələbə qazanıb. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib. Məlumata əsasən, artıq bülletenlərin 99.7 faizi sayılıb və müstəqil namizəd Salome qələbə qazanıb.

Müxalifətin namizədi Qriqol Vaşadze 40.44 faiz səs toplayıb.

Zaurabişvili və tərəfdarları artıq qələbəni qeyd edirlər.

Prezidentin səlahiyyət müddəti 6 il olacaq. Bu, xalq tərəfindən seçilən sonuncu prezidentdir. Növbəti prezident 300 nəfərlik təmsilçi tərəfindən seçiləcək.
Salome Zurabişvili 1952-ci ilin 18 mart tarixində Parisdə gürcü siyasi mühacir ailəsində doğulub. 30 il Fransa xarici işlər nazirliyində çalışıb. 2004-2005-ci illər arasında Gürcüstanın xarici işlər naziri olub. 2005-ci ilin noyabr ayında Zurabişvili “Gürcüstan yolu” müxalifət partiyasını qurub. Bu partiya 2007 və 2009-cu illərdəki etiraz nümayişlərində fəal iştirak edib. 5 il sonra isə Salome Gürcüstan siyasətini tərk etdiyini bəyan etdi.

2013-cü ildə Gürcüstan prezidentliyinə namizəd olsa da, ikili vətəndaşlığı olduğu üçün qeydə alınmayıb. Bu ilin avqust ayında Zurabişvili Fransa vətəndaşlığından imtina edərək prezident seçkilərinə qatıldı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü