Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
749
az

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi

20:2217 Aprel, 2018
1419
SİYASƏT
  • A
 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət ünvanlayaraq bəzi tövsiyələr verib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni rəisi, polis mayoru Rüfət Quliyev Oxu24.com-a  bildirib ki, son günlər qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticəli qəzaların əksəriyyəti mövsümün dəyişməsi ilə əlaqədar havaların tez-tez yağmurlu, çiskinli və dumanlı keçməsi, eləcə də, ayrı-ayrı sürücülərin sükan arxasına yorğun və yuxusuz vəziyyətdə əyləşmələri səbəbindən baş verir:

“Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə uzaq məsafəli yolda nəqliyyat vasitəsini idarə edən sürücülərin 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etmələrinin vacibliyi nəzərə alınaraq, Baş DYP İdarəsi bu səbəblərdən baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə bir daha sürücülərin diqqtinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə ciddi nəzarət edilsin və yol boyu onun sazlığını nəzarətdə saxlanılsın.

Bununla əlaqədar respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında müvafiq şərait yaradılıb, nəqliyyat vasitələrinin dayanması üçün xüsusi meydançalar təşkil edilib. Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır”.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi