Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Joze Alesionun baş məşqçi olduğu komanda 6-cı qrupda Yunanıstanla qarşılaşıb.
Millimiz Afinada baş tutan qarşılaşmada rəqibini darmadağın edib - 7:0.
Xətai Bağırov və Qallo dubl edib, digər qolları isə Rafael Vilela, Bolinya və Felipinyo vurublar.
Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə bundan əvvəl polşalılara 3 cavabsız qolla yenilib.
Azərbaycan millisi qrupda növbəti oyununu gələn il martın 3-də Bakıda yunanıstanlılara qarşı keçirəvək.
DÇ-2024-ün seçmə mərhələsi
6-cı qrup
11 oktyabr
19:00. Yunanıstan - Azərbaycan 0:7
Qollar: Vilela, 2, Xətai Bağırov, 5, 16, Qallo, 18, 25, Bolinya, 27, Felipinyo, 39.
Yunanıstan: 1. Dimitris Zervas (q), 3. Dimitrios Karavidas, 4. Seiti Ensi, 5. Lampros Tsinas, 7. Spiridon Kondilatos; 12. İoannis Kristopoulos (q), 6. Emmanouil Tsepas, 8. Panagiotis Qousis, 9. Marios Ntatis, 10. Kostas Panou, 11. Antonios Manos (k), 14. Teodoros Vlakos, 15. Spiridon Papakostas, 16. Andreas Tarnanidis
Baş məşqçi: İoannis Ziavas
Azərbaycan: 1. Emin Kürdov (q, k), 9. Rafael Vilela, 13. Qallo, 14. Amadeu, 17. Felipinyo; 12. Rövşən Hüseynli (q), 3. Tyaqo Bolinya, 6. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 10. Xətai Bağırov, 20. Amir Şocayi, 2. Xəzər Ağalızadə
Baş məşqçi: Joze Alesio Da Silva
Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian (hamısı İsveç).
Afina. Teodoros-Putos İdman zalı.
1. Azərbaycan 2 2 0 0 11-3 6
2. Polşa 2 1 0 1 6-4 3
3. Yunanıstan 2 0 0 2 0-10 0
Oxu24.com
ŞƏRHLƏR