Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74859
az

TƏCİLİ! Baş Prokurorluq açıqlama yaydı

19:2711 Oktyabr, 2022
118
SON DƏQİQƏ
  • A

Bakıda 16 yaşlı oğlanlar qətl törədib.

Bu barədə  Oxu24.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər"lə açılması təmin edilib.

Belə ki, oktyabrın 09-u saat 20 radələrində Sabunçu rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkarlanıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə həyata keçirilən intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2006-cı il təvəllüdlü - Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

TƏCİLİ! Xəzərdən hücum başladı,şəhərlər bombalanır - VİDEO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək