Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74834
az

İlham Əliyev 2 vacib FƏRMAN İMZALADI

08:4411 Oktyabr, 2022
636
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Oxu24.com  xəbər verir ki, fərmanda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2316; 2020, № 7, maddə 875) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.1.5-ci, 3.1.11-ci, 3.1.31-ci, 4.7.6-cı, 4.7.21-ci, 4.7.27-ci yarımbəndlərinə, 5.4-cü və 7.4-cü bəndlərinə “təsərrüfat cəmiyyətlərinin” sözlərindən sonra “və tabeliyindəki digər qurumların” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu”na aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan publik hüquqi şəxslər.”.

***

İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda vurğulanıb: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin avtomobil yollarının və yol qurğularının daha etibarlı qorunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Avtomobil Yollarının Mühafizə Xidməti (bundan sonra – Xidmət) Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxsdir;

2.2. Xidmətin ləğvi və yenidən təşkili ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Agentliyə həvalə edilir;

2.3. Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Xidmətin balansına verilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Agentlik:

4.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

4.2. Xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini iki ay müddətində təsdiq etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.

Amil Xəlil görün kimlə nişanlandı  - FOTOLAR

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29 zamanı Bakıya giriş qaydaları açıqlandı— VACİB XƏBƏR
Leysan yağacaq, temperatur 7-10° enəcək - Xəbərdarlıq
Prezident onu icra başçısı təyin etdi -FOTO

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto