Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74833
az

DİQQƏT! Bu şəxslər qadağan edilən peşələrdə işləyə bilməyəcək

08:3111 Oktyabr, 2022
220
CƏMİYYƏT
  • A

Hazırda Azərbaycanda 674 peşədə qadın əməyinin tətbiqi qadağandır. Amma bu sayın azaldılması gündəmdədir. Bununla bağlı əmək məcəlləsinə dəyişikliklər təklif edilir. Yeniliklər hansı məqamları özündə ehtiva edir ? 

Qadinlar üçün qadağan edilən peşələrin sayı azaldılır.

"Hazırda Azərbaycanda 674 peşədə qadın əməyinin tətbiqi qadağandır...Qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılması bu qadağanın aradan qalması ilə nəticələnəcək."

Bu fikirləri "Xəzər Xəbər"ə müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. 

O, təklif olunan qanun layihəsinin qadınların əmək hüququnun daha da genişləndirilməsinə, qadınların daha çox əməkhaqqı ödənilən sahələrə çıxışına olan məhdudiyyətlərin azaldılmasına xidmət etdiyini bildirib..

Musa Quliyev qeyd edib ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişikliklər 674 adda peşədə qadınların əməyinə qoyulan qadağanı ləğv edir.Hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur.

Komitə sədri əlavə edib ki,kimya sənayesinin müxtəlif sahələri, yüksək radiasiyalı müəssislər , yüksək təhlükəlilik  törədə biləcək sahələrdə də bundan sonra da  qadınlar çalışmayacaq. Qanun qəbul olunandan sonra ağır işlərin siyahisı Nazirlər Kabineti tərəfindən yenidən tərtib olunacaq. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndəriləcək
Yevlaxda ev yandı - Xəsarət alanlar var
İntihar və intihara cəhd hallarının sayı azalıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev