Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74827
az

İdmançımız dünya ikincisi oldu - Video

23:4410 Oktyabr, 2022
184
  • A

7-9 oktyabr tarixlərində Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə dünya çempionatına yekun vurulub.

Yarışda Azərbaycanı Diana Dimçenko təmsil edib. Yığma komandamızın üzvünün çıxışı uğurlu alınıb. Diana irlandiyalı 2 qat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin kimi avarçəkənlərin yer aldığı ilkin mərhələni birinci yerdə başa vurub. 17 nəfərlik qrupda mübarizəyə başlayan Diana təsnifat yürüşündə finişə 25 dəqiqə, 52 saniyəyə çataraq ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb. Bu nəticə ilə təmsilçimiz A finalında yarışmaq hüququ qazanıb. 

A finalında da 17 idmançı mübarizə aparıb. Kifayət qədər titullu avarçəkənlərin yarışdığı həlledici yürüşdə Diana Dimçenkonu Dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05.86 saniyəyə finiş xəttinə çatan idmançımız dünya çempionatının gümüş medalına sahib olub. Birinci yeri Fransa, 3-cü yeri isə isveçli avarçəkən tutub. 

Qeyd edək ki, Diana Dimçenko 2017, 2018 və 2019-cu illərdə Dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cüdoçumuz “Böyük Dəbilqə”də qalib oldu
Gənc atletimizdən rekord
Tulin Ələkbərova: "Özümü öldürmə dərəcəsinə çatmışam"

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu