Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7482
az

Tarixin ən sirli adamı — DƏMİR MASKALI ADAM KİM OLUB?

18:2728 Noyabr, 2018
877
DÜNYA
  • A
 Onun haqqında filmlər çəkilib, kitablar yazılıb. Amma sirri heç bir zaman açılmayıb. Kim idi dəmir maskalı adam? Niyə uzun illər həbsdə qalıb? Niyə üzündəki maskanı çıxrmadılar? Bu sirli adam kim idi?
“Oxu24.com” dəmir maskalı adam haqqında oxucularına məlumat verir.

O, öləndə kamerasındakı bütün əşyalarını yandırdılar. Meyitini dəfn etmək üçün heç bir mərasim keçirilmədi. Bu əmri isə Fransa kralı XIV Luis verdi. Bəs kralın zəhləsi gedən adam kim idi?

Bəzi mənbələrə görə, o, kralın qeyri-qanuni oğlu idi və üzü krala çox bənzədiyi üçün dəmir maska ilə bağlanmışdı. Başqa bir iddiaya görə isə kralın özü qeyri-qanuni idi və dəmir maskalı adam əslində kral idi. Bundan başqa ortaya atılan versiyalardan biri də məhkum kralın ekiz qardaşı idi və krala çox bənzədiyi üçün ondan uzaqda saxlanılırdı.

Kral ona çox yaxşı baxılması barədə əmr vermişdi.

1699-cu ilin sonunda dəmir maskalı adam həbs edildi. Mars məktubunda Luvisə yazırdı:
“Kralın əmri ilə Piqnerola yollanan Yustas Dauqer adlı adamı götürdüm. Ən yüksək səviyyədə mühafzə ilə heç kəslə danışmasına, kiməsə özü haqqında məlumat ötürməsinə, məkbut və ya başqa bir üsulla xəbər göndərməsinə mane oldu. Bu şəxsin kifayət qədər yaxşı qidalanmasını istədiyiniz üçün bu mövzuda heç bir bəhanə qəbul etməyəcəyinizi dediyiniz üçün lazım olanları etdim. Amma deməliyəm ki, əgər danışmağına icazə verilməsə, özünü öldürmək barədə planları var”.

Məktubların bəziləri krala aiddir və kralın Yustas adlı şəxsdən zəhləsi getdiyi amma xüsusi olaraq diqqət ayırdığı məlum olur. Kral onun daim müşahidə edilməsini və ən yaxşı şərtlər altında mühafizə edilməsini istəyir. Vacib olan isə onun heç kəslə bir kəlmə danışmasına və yazışmasına şərait yaratmamaqdır.

Növbəti məktublarda məhkumun həyatı ilə bağlı geniş məlumat verilir. Amma maskalı adamın kim olduğu və niyə bu işlərin edildiyi barədə məlumat yoxdur.

Bu günə qədər də heç kəs kralın sirli maskalı məhkumunun kim olduğunu və niyə həbs edildiyini bilmir... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü