Ötən gecə Kermanşah şəhər əhalisinin etiraz nümayişləri zamanı İranın əmniyət gücləri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
OXU24.COM bizim media-ya istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsi ilə "Əxlaq" polisi tərəfindən qətlə yetirilməsindən sonra 26 gündür ki etiraz aksiyaları keçirilir.
Nümayişlərdə 100-dən çox insan hökumət qüvvələri tərəfindən öldürülüb, 1000-dən çox insan saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR