Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74804
az

Erməni bıçağı ilə Rusiyanın kürəyinə vurulan zərbə İrəvanın xeyrinə olmayacaq - Sergey Markov

18:1409 Oktyabr, 2022
178
SİYASƏT
  • A

Erməni bıçağı ilə Rusiyanın kürəyinə vurulan zərbə İrəvanın xeyrinə olmayacaq.

Bunu Trend-ə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov İrəvanın Aİ və Fransanın birgə missiyasının Ermənistanda yerləşdirilməsinə razılıq verməsini şərh edərkən deyib.

"Aİ missiyasının Ermənistan və Azərbaycan ərazisində yerləşdirilməsi təklifi Azərbaycan tərəfindən yumşaq və diplomatik şəkildə rədd edilib. Onun yalnız Ermənistan ərazisində yerləşdirilməsi təklif edilib, Azərbaycan bu missiya ilə yalnız zərurət olduqda əməkdaşlıq edəcək. Missiyanın yerləşməsinə gəlincə, Rusiyada Paşinyanın bu davranışı xəyanət kimi qiymətləndirilir, çünki o, Fransanın və digər NATO ölkələrinin hərbçi və kəşfiyyatçılarını KTMT üzvü olan Ermənistan ərazisinə dəvət edir. Mən əmin deyiləm ki, Rusiyanın kürəyinə erməni bıçağı ilə vurulan bu zərbə Ermənistanın xeyrinə olacaq. Hesab edirəm ki, bu, Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskin soyumasına səbəb ola bilər”, - deyə o bildirib.

Politoloqun qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla ziddiyyətləri sülh yolu ilə həll etmək, Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın öz sərhədləri daxilində vahidliyini tanıyacağı sülh müqaviləsi imzalamaq üçün istənilən diplomatik imkanlardan istifadə etməyə çalışır.

“Məhz sülh yolu ilə Azərbaycan rəhbərliyi mümkün qədər irəli getmək, bütün erməni silahlı birləşmələrinin tamamilə çıxarılmasına və Qarabağın bütün ərazisində Azərbaycan dövlətçiliyinin tam bərpasına nail olmaq istəyir", - S.Markov deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinin köməkçisindən BRICS AÇIQLAMASI: "Bu qədər çox ölkəni..." -FOTO
Moldovada prezident seçkiləri və referendum baş tutdu -YENİLƏNDİ
XİN: Azərbaycan və Ermənistan razılıq əldə etdi -FOTO/YENİLƏNDİ

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər