Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7480
az

“Ərim fahişəlik etməyimi istəyirdi” – Qətl törədən qadın danışdı

18:0828 Noyabr, 2018
922
KRİMİNAL
  • A
Bakının Nərimanov rayonunda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucova barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu24.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrlik etdiyi prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

Vəfa Orucova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.

İstintaqa ifadə verən Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.

Bu səbəbdən ər və arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edib, pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.

İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Nərimanov rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü