Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74798
az

TƏCİLİ! Zelenski Putinin planını DEŞİFRƏ ETDİ - Nüvə müharibəsinə hazırlıq gedir

11:2509 Oktyabr, 2022
142
SİYASƏT
  • A

Rusiya prezidenti Vladimir Putin dəfələrlə dünyanı nüvə silahı ilə hədələyib.

OXU24.COM  Musavat.com-a istinadən xəbər verir ki, analitiklər hələ də bu silahdan istifadə olunma ehtimalını çox az hesab etsələr də, Qərb rəsmiləri təhdidləri ciddi qəbul edir və Rusiyanın döyüş meydanında taktiki nüvə silahından istifadə etməyə hazırlaşacağına dair hər hansı əlamətin olub-olmadığını izləyirlər.

BAYDENDƏN QİYAMƏT XƏBƏRDARLIĞI

ABŞ prezidenti Cozef Bayden xəbərdarlıq edib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya "armageddon"la (qiyamət savaşı) üzləşə bilər.

ABŞ prezidentinin sözlərinə görə, dünya 60 ildir nüvə fəlakətinə ən yaxın olan nöqtədədir:

"Biz Kennedi və Kuba raket böhranından sonra armageddon ehtimalı ilə heç üzləşməmişdik".

ZELENSKİDƏN SENSASİON AÇIQLAMA

Ukrayna lideri Zelenski Putinin öz xalqını nüvə hücumuna hazırlamağa başladığını bildirib. BBC-yə danışan Zelenski bu cür hazırlıqların "çox təhlükəli" olduğunu vurğulayıb.

Bununla belə, o, Rusiyanın nüvə silahından istifadə edib-etməmək barədə hələ qərar verdiyini düşünmədiyini də bəyan edib. Ukrayna lideri nüvə müharibəsinin fəlakətli nəticələri barədə həm Rusiyaya, həm də dünyaya xəbərdarlıq edib.

Ukrayna lideri bu cür narahatlıqları bölüşsə də, bildirib ki, bu, Qərb dövlətlərini Ukraynanı dəstəkləməkdən çəkindirmək üçün nəzərdə tutulmuş təhdid də ola bilər.

"Onlar bunu etməyə, nüvə silahından istifadə etməyə hazır deyillər. Heç özləri də bilmirlər ki, bundan istifadə edəcəklər, ya yox. Məncə, bu barədə danışmaq belə təhlükəlidir" - Zelenski deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Trampın mitinqində Baydeni ƏLƏ SALDI -"Bir prezidentimiz var idi..."
Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır
"Hizbullah"ın yeni lideri kimdir? -DOSYE

Bakıda “iPhone 16” bu mağazada satılır - QİYMƏT

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Uşaq arabasından oğurluq edən şəxs saxlanıldı