Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74748
az

TƏCİLİ! Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

10:0407 Oktyabr, 2022
371
SİYASƏT
  • A

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Oxu24.com xəbər verir ki, bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

“Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.

Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”-deyə, bəyanatda qeyd olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Olaf Şolts Prezident İlham Əliyevə zəng etdi
Putindən SƏRT QƏRAR -Miqrantlar bunları sübut edə bilməsələr...
Putinin həbsinə order verən baş prokuror təcavüzdə ittiham olunur

Soxulcanlar haqqında 9 maraqlı məlumat

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Balqabaq tumunun bilmədiyimiz faydaları
Göyçayda ağır qəza - ölən var - FOTO