Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74741
az

"Rusiyaya dərhal zərbə endirilməlidir!" - Zelenski

22:5906 Oktyabr, 2022
190
SİYASƏT
  • A

NATO ölkələri Rusiyanın nüvə silahından istifadə etməsi halında öz təzyiq üsullarına yenidən baxmalıdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz görürük ki, bu adamlar (rusiyalılar - red.) belə dəhşətli addımlar atmağa qadirdirlər. NATO nə etməlidir? Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almaq lazımdır. Önəmli olan, qabaqlayıcı zərbələrdir ki, onların başına nə gələcəyini bilsinlər. NATO öz təzyiq üsullarına yenidən baxmalıdır", - deyə Zelenski vurğulayıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin təklifinə cavab verib.

"Zelenskinin bəyanatları dünya müharibəsi başlamağa çağırışdan başqa bir şey deyil", - deyə Peskov bəyan edib.

Xatırladaq ki, dünən Çexiya prezidenti Aİ-ni Rusiya Federasiyasının nüvə silahından istifadə edəcəyi təqdirdə "hərbi cavab" verməyə çağırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Prezidenti Türkiyəyə gedir
Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi