Ötən əsrin əvvələrinə qədər homoseksuallıq çoxları tərəfindən bilinmir, bilənlər tərəfindən isə qəbul olunmurdu. Onların hüquq və öhdəlikləri cəmiyyətə məlum deyildi. Bütün səmavi dinlər, bu cür cinsi münasibəti qadağan edirdi. Bu səbəbdən homoseksualların məskunlaşdığı ərazilərdə, xüsusi nəzarət təşkil olunur və onların cəmiyyətə qarışmasının qarşısı alınırdı.
Avropada homoseksuallara qarşı nisbətən mülayım münasibət göstərilsə də, Afrika və Asiyada homoseksuallığın cəzası ölüm hökmü olurdu.
1960-cı ildən etibarən homoseksualların hüquqları hazırlanmağa başlandı. Homoseksuallar onlara cəmiyyətdə seçmək, seçilmək, orduda xidmət etmək, eyni cinsdən olanlarla evlənmək kimi hüquqların verilməsini tələb etdilər. Böyük aksiyalar keçirdilər. Uzun mübarizədən sonra 2001-ci ildə Hollandiya homoseksualların münasibətlərini açıq və rəsmi şəkildə yaşamasına icazə verən ölkə oldu. Artıq bu ölkədə geylər sərbəst şəkildə evlənə, övladığa uşaq götürüb saxlaya bilərdilər.
Zaman keçdikcə homoseksuallığa qarşı tolaerantlıq artmağa başladı. Xüsusilə də Avropa ölkələrində artıq onlara normal insanlar kimi baxılır. XX əsrin sonlarına qədər xəstəlik kimi görülən homoseksuallıq 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarıldı:
"Təxminən bir əsrlik psixoanalitik və psixoloji spekulyasiyaya baxmayaraq, şəxsin homoseksual yaxud heteroseksual olmasında tərbiyənin xarakteri və erkən uşaqlıq təcrübəsinin hər-hansı rolunu göstərən heç bir dəlil yoxdur. Görünür ki, seksual orientasiya bioloji təbiətli olub, genetik faktorların və erkən bətndaxili mühitin mürəkkəb qarşılıqlı təsiri ilə əvvəlcədən müəyyən olunur. Buna görə də cinsi orientasiya şəxsin özü tərəfindən seçilmir".
17 iyun 2011 ci ildə BMT ilk dəfə olaraq “insan huquqları, sekssual orientasiya ve gender bərabərliyi” qətnaməsini qəbul etdi. Qətnaməyə əsasən, seksual orientasiyaya görə ayrı-seçkilik qadağan edildi.
Femida.az eynicinsli nigahlara icazə verən ölkələrin siyahısını tərtib edib. Aşağıdakı siyahıda hansı ölkələrdə neçənci ildən kişilərin kişilərlə, qadınların qadınlarla rəsmi evlənməsinə icazə verən, gey olduğu bilindiyi halda hərbi xidmətə aparan, eyni zamanda homosesksuallığa görə cəza verən ölkələrlə tanış olacaqsız.
Niderland (2001), Kanada, Belçika (2003), İspaniya (2005), CAR (2006), İsveç, Norveç (2009), Argentina, İslandiya, Meksika, Portuqaliya (2010), Danimarka (2012), Braziliya, Uruqvay, Yeni Zelandiya, Fransa (2013), İngiltərə, Uels (2014), Lüksemburq (2015) eynicinslilərin nigahına icazə verən ölkələrdir. Yeri gəlmişkən, ABŞ-ın 18 ştatında dövrlərdə sözügedən evliliklərə icazə verilir.
Maraqlıdır ki, Avropa qitəsi bu mövzuda hər nə qədər tolerant olsa da, burada eynicinslilərin nigahını qadağan edən ölkələr hələ də var. Belə ki, Polşa, Xorvatiya, Slovakiya, Macarıstan və Latviya hələ də homoseksualların evlənməsinə icazə vermir.
İsrail və Yaponiya isə arada qalan ölkələrdəndir. Onlar bu situasiyanı qəbul etməsələr də, digər ölkələrdə qeydə alındıqdan sonra onların ölkədə evli olaraq yaşamasına icazə verirlər.
Şərqə doğru gəldikcə, kişi-kişi və qadın-qadın nigahını qadağan edən ölkələrin münasibəti qatılaşır. Belə ki, Əlcəzair, Misir, Mərakeş, Liviya, Sudan, Tunis, Seneqal, Kamerun, Küveyt, Oman, Qətər, Suriya, Hindistan kimi ölkələr homoseksualların münasibətini qadağan edir və onlara həbs cəzası verirlər. Pakistanda isə belə insanlar ömürlük həbs edilir.
Eynicinslilərin sevgisinə ən qatı münasibət isə BƏƏ, Səudiyyə Ərəbistan, Yəmən və İrandadır. Bu ölkələrdə homoseksuallığın cəzası ÖLÜMDÜR.
Daha bir maraqlı məqam isə Qana, Nigeriya, Keniya,Türkmənistan və Özbəkistanla bağlıdır. Bu ölkələr kişilərin evlənməsinə qarşı çıxsa da, qadınların birgə yaşamasına mane olmur.
Hərbi xidmət məsələsinə gəlincə, CAR, Kanada və ABŞ geylərin sərbəst şəkildə hərbi xidmətə getməsinə icazə verir. Kolumbiya, İsrail, Çin, Yaponiya, Sinqapur, Moldova və Peru nigaha icazə verməsə də, geyləri qəti şəkildə hərbi xidmətə aparır.
Eyni zamanda bütün Avropa ölkələri geylərin hərbi xidmətə getməsinə qadağa qoymur.
Qeyd edək ki, Azərbaycanda sözügedən məsələlər qanunla tənzimlənmir. Çünki bununla bağlı qanunvericilikdə heç bir müddəa yoxdur. Oxu24.com
ŞƏRHLƏR