Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılılacaq.
Bu barədə Oxu24.com-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq. Oxu24.com
ŞƏRHLƏR