Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74673
az

Bakıda şagirdin döyüldüyü məktəbə valideynlər axın etdilər - YENİLƏNİB - VİDEO

21:5904 Oktyabr, 2022
189
CƏMİYYƏT
  • A

 

 

Bakıda məktəblinin öz sinif yoldaşı tərəfindən döyüldüyü görüntülər yayıldıqdan sonra övladları həmin tədris ocağında oxuyan valideynlər ora axın ediblər.

OXU24.COM  xəbər verir ki, lent.az-ın hadisə yerində olan əməkdaşı həmin valideynləri danışdırıb.

Onlar eyni hadisənin öz övladlarının başına gələcəyindən qorxublar, müəllimlərin cəzalanmasını tələb ediblər.

Ətraflı süjeti təqdim edirik:

***13:55

Bakıda 112 saylı məktəbdə döyülən şagirdə dəyən xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

 bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:

"Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.

Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".

***10:08

"Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib".

Bu barədə Bakıdakı 112 nömrəli tam orta məktəbdən BAKU.WS-ə bildirilib.

Qeyd olunub ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb:

"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

*** 09:34

Bakıda, məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb.

BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılıb.

Hadisənin 112 nömrəli məktəbdə baş verdiyi iddia edilir. Videoda bir məktəbli digərinə yumruq atır. Görüntülərin digər şagirdlər tərəfindən lentə alındığı deyilir.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirdi ki, görüntülərdən xəbərdardırlar, hazırda araşdırma aparılır. 

DİN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq deyildi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar. Faktla bağlı araşdırma aparılır.

Həmin videonu təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Yeni ulduz” qayıdır? -Dilarə AÇIQLADI
"Qanını yuduğum şəhidin oğlum olduğu ağlıma gəlməzdi" -VİDEO
Elgizdən həmkarına: "Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO