Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74643
az

“Hamilə arvadımla qızımı mən yox, şeytan öldürdü”

09:4804 Oktyabr, 2022
262
  • A

Bu il fevralın 13-də Şəmkirin Çinarlı kəndində 1995-ci il təvəllüdlü hamilə arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovanı amansızlıqla qətlə yetirən Elməddin Həsənovun məhkəməsi başa çatıb.

OXU24.COM  "qafqazinfo"-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1988-ci il təvəllüdlü Elmədin Həsənov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə hakim qarşısında çıxış edən Elməddin Həsənov arvadı ilə qızını necə öldürdüyünü anlamadığını bildirib:

"Hadisənin necə baş verdiyini xatırlamıram. Arvadımla qızımı mən öldürmədim, onları şeytan, qara qüvvələr öldürdü. İnsanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamıram".

Qeyd edək ki, Lələ Həsənova 1,5 aylıq hamilə olub. Elməddin Həsənov həmin gün səhər saatlarında ailə üzvlərinə saymamazlıq etməsi və laqeyd davranması bəhanəsi ilə çarpayıda uzanan Laləyə 33 bıçaq zərbəsi endirib. Bu zaman 8 yaşlı Qumru da onlarla eyni çarpayıda yatıb. Qumru anasına vurulan ikinci bıçaq zərbəsindən sonra yuxudan ayılıb və atasına mane olmağa çalışıb. Elməddin Həsənov qızının davranışından qəzəblənib və azyaşlıya 22 bıçaq zərbəsi endirib.

Xatırladaq ki, cütlüyün toyu 2013-cü ildə baş tutmuşdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Kişi bıçaqlandı, həyat yoldaşı isə maşınla vuruldu- Video