Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74626
az

Yaşayan Nostradamusdan dəhşətli XƏBƏRDARLIQ

22:4703 Oktyabr, 2022
116
MANŞET
  • A

Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə nüvə təhlükəsi də aktualdır. Dünya fəlakətin astanasında ikən müasir dövrün Nostradamusu adlandırılan braziliyalı 36 yaşlı Athos Salomedən daha bir qorxuducu proqnoz gəlib.

Dünyanı xilas etmək üçün Tanrıdan gələn vergi ilə seçildiyini iddia edən Athos Salome bu günə qədər Covid-19, Kraliça II.Elizabetin ölümü və Elon Maskın Twitter-i alması kimi hadisələrin proqnozlarını vermişdi.

Minas Gerais əyalətinin Divinopolis şəhərində yaşayan Salome III Dünya Müharibəsinin başlamasına az qaldığını bildirib.

OXU24.COM  sfera.az-a istinadən bildirir ki, Salome yerli mətbuata belə  açıqlama verib:

"Üçüncü Dünya Müharibəsi Covidin dünyada pandemiyaya çevrilməsi ilə başladı. Bu, Rusiyanın Ukraynaya təcavüzü ilə davam etdi və texnologiyanın böyük inkişafı ilə reallığa çevrildi" - deyə bildirib.

12 yaşında digər insanlardan fərqli olduğunu anladığını izah edən Salome "Bəzən özümdən şübhələnirdim, çünki proqnoz verdiyim baş verməsi mümkün olmayan şeylər qısa zamanda baş verirdi" - deyə bildirib.
 
Sahib olduğu qabiliyyətlərin ona Tanrı tərəfindən verildiyini deyən Salome insanlara kömək etmək üçün seçildiyinə inanır, eyni zamanda insanları anlamaq və insanların nə axtardığını bilmək üçün peyğəmbərlik qabiliyyətinə malik olduğuna da iddia edir.

2012-ci ildə 2020-ci ildə başlayacaq Covid pandemiyasını və 44 gün əvvəl Rusiyanın Ukraynaya hücum edəcəyini proqnozlaşdırdığını iddia edən Athos Salome insan gücünün robotlarla əvəzlənəcəyi ilə bağlı proqnozunun İlon Maskın insanabənzər robotu Optimus ilə gerçəkləşəcəyini düşünür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi