Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74615
az

"Nüvə silahından istifadə etsələr, ABŞ Rusiya qoşunlarını məhv edəcək"

19:0903 Oktyabr, 2022
179
DÜNYA
  • A

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Devid Petreus Rusiya Ukraynaya nüvə zərbəsi endirərsə, ABŞ-ın cavabının necə olacağını açıqlayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru və istefada olan ordu generalı Deyvid Petreyes jurnalistlərin “Rusiyanın nüvə zərbəsinə ABŞ-ın cavabı necə olacaq? sualına belə cavab verib:

“Putin Ukraynada nüvə silahından istifadə etsə, ABŞ Rusiya qoşunlarını məhv edəcək".

Petreyes Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə, ABŞ və müttəfiqlərinin Qara dəniz donanmasını batıracaqlarını açıqlayıb.

Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin Amerika və NATO-nu müharibəyə cəlb edib-etməməsi ilə bağlı sualın cavabında Petreyes deyib ki, bu, alyansın kollektiv müdafiəni tələb edən 5-ci maddəsini işə salan bir vəziyyət olmayacaq:

"Bunun səbəbi Ukraynanın NATO-nun bir hissəsi olmamasıdır - buna baxmayaraq, ABŞ və NATO belə bir hadisəni cavabsız qoymayacaq".

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru qeyd edib ki, Ruisyanın nüvə silahında istifadə etməsi halında radiasiyanın NATO ölkələrinə yayılma ehtimalı, bəlkə də, NATO üzvünə hücum kimi şərh edilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya İran dronları ilə kütləvi şəkildə Ukraynaya hücuma keçdi
Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər
Hindistan Rusiyadan 4 milyard dollara Voronej radarını alacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
İlqar Mustafayevin həbs     müddəti    uzadıldı