Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
746
az

Sabah bu yaşayış məntəqəsində qaz olmayacaq

19:3617 Aprel, 2018
1041
İQTİSADİYYAT
  • A
Qaradağ-Sumqayıt" magistral qaz kəmərinin 27-28-ci km-lər arası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik "Qaradağ-Sumqayıt" magistral qaz kəmərindən qidalanan "Qobu", "Müşviqabad", "Pirəkeşkül", "Ceyranbatan" Qaz Paylayıcı Stansiyalarından və "Aşağı Güzdək" Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB-dən Oxu24.com-a verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül, Aşağı Güzdək yaşayış sahələrində və Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...