Bu bitkidən hazırlanan çayın tənəffüz yolu xəstəliklərindən tutmuş, həzm sistemi, hətta xərçəngə qədər bir çox xəstəliyin müalicəsində istifadə olunduğunu bilirdiniz? Bu gün sizə çoxlarınızın tanımadığı, bəlkə də adını ilk dəfə eşitdiyiniz bir bitkidən – Yovşandan danışcam. Əminəm ki, bu video sizing üçün çox faydalı olacaq.
Qədim zamanlarda olimpiya oyunları zamanı sinir və əzələ gərginliyini aradan qaldırmaq məqsədilə yovşandan istifadə edilib. Müasir tibbdə isə əsasən yovşanı müxtəlif dərman preparatlarının tərkibinə daxil edilib istifadə olunur. Onun tərkibində C, PP, B6, B1, B2, A vitaminləri var.
* Xalq təbabətində yovşandan sidikqovucu, ödqovucu və qurd əleyhinə istifadə edilir. Bu məqsədlə 1 xörək qaşığı adi yovşanın kökünü 200 ml suda 10 dəqiqə zəif odda qaynadıb , soyuduqdan sonra istifadə edilir.
* Mədə şirəsinin çoxalması, ödün boşalması və qəbizliyi aradan qaldırmaq məsədilə acı yovşan otunun dəmləməsini içmək lazımdır. Bu zaman 1 çay qaşığı otun üzərinə bir stəkan qaynar su əlavə edib gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Bu dəmləmə əsəb gərginliyi, yuxusuzluğu, stressləri aradan qaldırır.
* Yovşan qaynayan suyun buxarını qəbul elədikdə yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin sağalması sürətlənir. Xüsusilə Krım yovşanının tərkibində olan absentol və pinen maddəsi tənəffüsün rahatlanmasına yardımçı olur. Yovşandan hazrlanmış çaylar və ya dəmləmələri bronxial astma xəstəliyində istifadə dirlər.
* Epilepsiyanın aradan qalxması üçün istifadə edilən bitki dəmləmələrinin tərkibinə yovşan da qatılır. Onun kökündən hazırlanan dəmləmələr orqanizmə qurd əleyhinə təsir göstərir. Dəmləmə mədənin funksiyasını stimulyasiya edir və həzm sisteminin sürətlənməsinə səbəb olur.
Bitkinin cavan, körpə yarpaqlarından alınmış şirə qoturluq və bir çox irinli-iltihabi dəri xəstəliklərinin müalicəsində tətbiq edilir. Lakin qurudulmuş yarpaqları əsasında əsasən dəri xəstəliklərinin, xüsusən də ekzemanın müalicəsində tətbiq edilən məlhəmlər hazırlanır.
* Təzə yovşan şirəsi yaraların və kəsiklərin sağalmasını sürətləndirir.
* Yovşan qatılmış su ilə ayaqları vanna elədikdə tərləmə əlamətləri aradan qalxır.
* Mazolları, xalları və xərçəng yaralarını yovşan buxarına verdikdə əlamətlər azalır.
* Yovşan cövhərini revmatizm, nevralgiya xəstəliklrində istifadə etdikdə əzələ ağrılarını aradan qaldırır. Yovşan dəmləməsini baş ağrıları və rinit zamanı kompres kimi istifadə etdikdə ağrılar aradan qalxır.
Amerika onkoloqlarının araşdırmasına əsasən, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki bildirmişdir ki, birillik yovşan sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə – episentrinə düşərək onları məhv edir. Lakin bu kəşfə baxmayaraq hələ də alimlər müalicənin tam təsdiq edilməsi sahəsində araşdırmalar aparır, gələcəkdə bu maddə əsasında dərman hazırlayıb kütləvi xərçəng xəstələrinin müalicəsində tətbiq etməyi düşünürlər.
Yovşandan dietologiyada da istifadə edilir. Onun detoksikasiyaedici təsiri orqanizmə çox faydalıdır. Dieta saxlayaraq yovşandan çox istifadə etdikdə orqanizm artıq şlaklardan və parazitlərdən xilas olur. Muasir klunariyada istifadəsi unudulsa da, Əsrlər boyu yovşandan müxtəlif ətlərin və içkilərin dadlandırılmasında istifadə edilib.
Yovşanın zərərli
Yovşandan istifadə etmək orqanizmdə turşuluğun azalmasına səbəb olur. Bu da qəbul edilən dərman maddələrinin orqanizmə təsirini azalda bilir. Hamiləlik və uşaqəmizdirmə dövründə yovşan qəbul etmək məsləhət görülmür, bu qanaxmalara səbəb ola bilir.
Avstrya yovşanını qəbul etmək yaşlı və piylənmədən əziyyət çəkən adamlarda narahatçılıqlara səbəb ola bilir. Bu səbəbdən də belə şəxslərə yovşan tərkibli dəmləmələr içmək məsləhət görülmür. Ümumiyyətlə, tərkibində yovşan olan dərman preparatları həkimin məsləhəti ilə və müəyyən edilmiş dozada qəbul edilməlidir.
Yovşanı toplayan zaman diqqətli olmaq lazımdır. Ona toxunan əllərlə gözlərə, dodaqlara, üzün dərisinə toxunmaq olmaz. Mütəxəssislər yovşan toplayan zaman əlcəkdən və eynəkdən istifadə etməyi məsləhət bilir. İşin qurtardığı zaman isə mütləq paltarları dəyişmək lazımdır. Yovşan topladıqdan sonra əlləri təmiz yumamış duş qəbul eləmək də məsləhət görülmür.
Oxu24.com
ŞƏRHLƏR