Media Balans
Korporativ satış mütəxəssisi
Son tarix 28 okt 2022 - [email protected]
İş barədə məlumat:
Yeni korporativ müştərilərin cəlb etmək.
Şirkətin göstərdiyi xidmətlər barədə müştəriyə düzgün məlumat verilmək
Şirkətin hədəf kütləsinə uyğun olaraq müştəri bazasını qurmaq, idarə etmək və genişləmdirmək.
Rəqəmsal startup layihəsi üçün daxili komandalar və həlledici şəxslərlə müştəri arasındakı koordinasiyanı təmin etmək
Aparılan startup layihəsinin xətasız formada irəliləməsi üçün bütün lazımı addımları atmaq, bu barədə müştəriləri və daxili komandanı məlumatlandırmaq
Rəqəmsal startup layihəsinin uğuruna təsir edə biləcək riskləri, maneələri və fürsətləri əvvəlcədən müəyyənləşdirmək üçün araşdırma aparmaq və müştəri ilə əvvəlcədən hazırlıq görmək
Şirkət və müştəri arasında olan sənədləşmə işlərini dəqiq və xətası aparılmaq
Aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Namizədə tələblər:
Yaş həddi: 25-45
Marketinq, E-ticarət sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
Satış sahəsində ən azı 3 illik iş təcrübəsi olmalı
MS Office proqramlarından ( xüsusilə də Excel) istifadə edə bilən
Hesabat yazmaq, sənədləşdirmə və e-poçt kommunikasiyasında bacarığı olan
İş intizamı və motivasiyası yüksək
İnandırma və etirazı idarə etmə qabiliyyəti yüksək
Aktiv, məqsədli və fokuslanmış işləməyə öyrəşmiş
Yazılı və sözlü kommunikasiyası güclü olan
Diksiya və danışıq qabiliyyəti olan
Rus dili bilən (İngilis dili bilənlərə üstünlük veriləcək).
İş rejimi: Həftənin 5 günü 09:00-dan 18:00-dək +Servis
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı: 800-1200 azn
Zəhmət olmasa CV-lərinizi göndərərkən mövzu yerinə "Korporativ Satış mütəxəssisi B2B" yazarsınız.
Bu ərazilərdən hücum gözlənilir: Ordumuz hazır vəziyyətə gətirildi
Oxu24.com
ŞƏRHLƏR