Şimal RETSİ-nin xidməti ərazisinə daxil olan Xızı rayonunun 35/10 kV-luq yarımstansiyasında yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar sabah günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə Oxu24.com-a "Azərişıq” ASC-dən məlumat verilib.
Bundan başqa, Bağlar ETSİ-nin xidməti ərazisi olan Məhəmmədi kəndinin 35/10 kV-luq "Məhəmmədi” yarımstansiyasında yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 28-30 noyabrda günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Qeyd olunur ki, nəzərdə tutulmuş işlərin həftə ərzində başa çatdırılmaması havaların yağışlı keçməsi ilə əlaqədardır. Oxu24.com
ŞƏRHLƏR