Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74547
az

Azərbaycanda ŞOK! Şəhid anası oğlunun yasını verib özünü öldürdü - VİDEO

14:0902 Oktyabr, 2022
2830
CƏMİYYƏT
  • A

Kürdəmirdə 2-ci Qarabağ müharibəsi şəhidinin  anası intihar edib.
 

Hadisə rayonun Qarasu kəndində qeydə alınıb. Belə ki, 2-ci Qarabağ müharibəsinin şəhidi Ramin Nuralı oğlu Quliyevin anası Xanım Quliyevanın cəsədi  yaşadığı evin həyətindəki quyuda aşkarlanıb.

Ailə üzvlərindən Baku TV-nin yerli bürosuna verilən məlumata görə, 1955-ci il təvəllüdlü Xanım Quliyeva son vaxtlar əsəb pozuntusu keçirirmiş və psixoloji problemləri varmış. Bir müddət imiş ki, ailə üzvləri onu nevroloji müalicəyə cəlb etsələr də, müalicənin heç bir təsiri olmayıb. Xanım Quliyeva həmişə ailənin nəzarəti altında olsa da, bu gün səhər saatlarında ailə üzvləri onun evdə olmadığını görüblər. Ailə üzvləri dərhal onu axtarmağa başlayıb və bu zaman ailənin kiçik oğlu anasının cəsədini həyətdəki quyudan aşkarlayıb. Hazırda ailə hadisənin şokunu yaşayır. 
Qeyd edək ki, ötən gün ailə şəhid Ramin Quliyevin 2-ci anım günü mərasimini keçirib. Mərasimdə rayon ictimayyəti və kənd camaatı iştirak edib.

Bundan başqa, rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Ətraflı videoda: 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğınla bağlı bu küçə bağlandı - DİQQƏT!
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi