Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74494
az

SON DƏQİQƏ! Polis əməliyyat keçirdi:84 nəfər tutulub

12:5101 Oktyabr, 2022
283
REDAKTORUN SEÇİMİ
  • A

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, soyğunçuluq, xuliqanlıq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 84 nəfər saxlanılıb. 

Oxu24.com-un  xəbərinə görə, həmin şəxslərdən 4-ü qadın olmaqla 60-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 50-i barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən müxtəlif çəkidə narkotik vasitə və psixotrop maddələr, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb. 

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11, vətəndaşlara qarşı soyğunçuluq və xuliqanlıq edən 2 və qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər  tutularaq cinayət məsuliyyətinə cəlb olunub. 

Həmçinin şöbə əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən kafelərin birində qumar oynayan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunublar. Həmin kafeni icarə əsasında işlədən şəxs barəsində isə araşdırmalara başlanılıb.

Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə 2016-ci ildən bağlı qalmış bir oğurluq hadisəsinin üstü də açılıb.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi