Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74456
az

Bakıda atışma olub - VİDEO

16:5030 Sentyabr, 2022
190
REDAKTORUN SEÇİMİ
  • A

Səbaildə yol polisi əməkdaşları ilə sürücü arasında silahlı insident yaşanıb.

Oxu24.com  “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarında 1983-cü il təvəllüdlü Səbail rayon sakini Muradov Rəşad Əli oğlu idarə etdiyi yük avtomobili ilə yol ayrıcını keçmə qaydasını pozduğuna görə Səbail rayon Dövlət Yol Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən şəxsin sərxoş olduğu şübhəsi yaranıb. Ondan avtomobildən düşüb sərxoşluq testi verməsi tələb olunsa da, sürücü buna əməl etməyib.

Buna görə də əraziyə digər polis əməkdaşları da çağırılıb. Daha sonra sürücü tabesizlik göstərərək ərazidən uzaqlaşmaq istəyib. Hərəkətinə davam edərkən yaxında olan 5 avtomobili əzib. Bundan sonra yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə ediblər. Onlar avtomobilin arxa təkərlərini partladaraq maşının dayanmasını təmin ediblər. Daha sonra şəxs müayinəyə aparılıb.

Müayinə zamanı aydın olub ki, Rəşad Muradov nəinki alkoqol içkinin təsiri altındadır, hətta qanında narkotik vasitə də çıxıb. Onun barəsində protokol tərtib olunub. Hazırda araşdırma aparılır.

Faktı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli təsdiq edib. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Müəllim nazirə şikayət edir - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ