Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74434
az

Kapital Bank ahıllar üçün bilik yarışı təşkil etdi

10:5430 Sentyabr, 2022
207
İQTİSADİYYAT
  • A

 

Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində növbəti sosial layihəni həyata keçiririb. “YAŞA” Mərkəzinin üzvləri komandalar şəklində ənənəvi intellektual oyunda biliklərini sınayıblar. Yarışma məşhur “Nə? Harada? Nə Zaman?” oyunları formatında keçirilib.

 

Yarışmada hər komandada 6 nəfər olmaqla 10 komanda mübarizə aparırdı. “Turan” intellektual klubunun təsisçisi Vüqar Zeynalovun aparıcılığı ilə keçən yarışmada həm məntiq, həm də bilik tələb edən suallar verilirdi. Gərgin keçən mübarizə zamanı “Sərvət” komandası birinci yerə, “Çinar” komandası ikinci yerə, “Uğur” komandası isə üçüncü yerə layiq görüldü.

 

Mükafatlandırma mərasimində Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov iştirak edirdi. Birinci yerin qalibinə xüsusi hazırlanan kubok təqdim edildi. Eyni zamanda ilk 3 yerə çıxan komandalara pul mükafatları verildi. Tədbirdə çıxış edən “Üçüncü Bahar” Birliyinin İdarə Heyətinin sədri Leyla Ağayeva komanda üzvlərinə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və uğurlar arzuladı.

 

Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018  nömrələrinə və ya //www.facebook.com/uchuncubahar, //www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda pul bazası 12 %-dən çox artıb
ŞAD XƏBƏR! Bu şəxslərə “13-cü maaş” veriləcək - RƏSMİ
Sumqayıtda kanalizasiya sistemi yenidən qurulur- 41 milyonluq müqavilə

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı