Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74411
az

İrəvan müharibəyə hazırlaşır - Erməni general: "Əmr almışıq!"

23:5929 Sentyabr, 2022
123
DÜNYA
  • A
"Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var".
 
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, bunu sentyabrın 29-da Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə bildirib.
.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir.
 
Arakel Martikyanın açıqlamasından belə məlum olur ki, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır.
 
Qeyd edək ki, hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bugünkü açılqlamasında bildirib ki, Ermənistan bütün mümkün ölkələrdə ehtiyaclarını ödəyə biləcək silahlar axtarır. 
 
Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhəddində son insident sentyabrın 28-də baş verib. Ermənistan hərbi birləşmələri Kəlbəcər istiqamətində təxribata əl atıb. Nəticədə Azərbaycan tərəfi düşmənə layiqli cavab verib. Bu insident zamanı Azərbaycan tərəfdən bir əsgər yaralanıb. Ermənistanın isə 3 hərbi qulluqçusu ölüb.
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi