İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldunun anası Doloreş Aveyru oğlunun karyerasını başa vuracağı tarixi açıqlayıb.
Oxu24.com-un məlumatına görə, o, IG nəşrinə açıqlamasında portuqaliyalı hücumçunun 40 yaşınadək peşəkar səviyyədə oynayacağını söyləyib.
Aveyru bildirib ki, təcrübəli forvardın özü də bunu arzulayır: "Məncə, belə də olmalıdır. Onun böyük istəyi və həvəsi var".
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm "Mançester Yunayted"də cəmi 8 oyun keçirib və 1 qol vurub.
Oxu24.com
ŞƏRHLƏR