Ermənistanın 2023-cü ildə müdafiə xərcləri 501,3 mlrd. dram və ya 1,3 milyard dollar təşkil edəcək.
Bu barədə məlumat hökumətin gələnilki dövlət büdcəsi layihəsində öz əksini tapıb.
Beləliklə, ölkənin hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Həmçinin hərbi xərclər ənənəvi olaraq büdcədə ən böyük maliyyə tutumu olan sosial proqram üzrə xərcləri ilk dəfə üstələyəcək.
Oxu24.com
ŞƏRHLƏR