Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7439
az

Qanun DƏYİŞDİ: Azərbaycanda bu şəxslər 12 ayadək ƏLAVƏ ÖDƏNİŞ ALACAQ

13:4027 Noyabr, 2018
843
DÜNYA
  • A
“İşsizlikdən sığorta fondunun büdcəsinin 50 faizdən çoxu vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələcək”.

Oxu24.com  xəbər verir ki, bu sözləri millət vəkili Hadı Rəcəbli Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcə layihəsi haqqında” qanun layihəsi barədə məlumat verərkən deyib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sığorta fondunun böyük hissəsi işsizlik probleminin həllinə yönəlib.

“Peşə hazırlığı qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı qanun layihəsi işsizlikdən sığorta mexanizmi də dəyişir. İşdən azad edilən şəxslərin 3, 6, 9 ay və ya 1 il müddətində ödənişlərin edilməsi üçün 11 milyon manat ayrılacaq. Bu mexanizm bu il tətbiq edilir, gələn il də davam etdiriləcək. Fonda ayrılan vəsait məşğulluq problemlərinin həllində böyük dəstək olacaq”.

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna ikinci oxunuşda dəyişiklik nəticəsində orqanın büdcəsinin xərcləri daha 310 milyon manat artırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran-Azərbaycan sərhədində yeni gömrük terminalı tikilir
Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+