Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Gürcüstanın Abxaziya bölgəsinə səfər edib.
Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüş keçirib.
“Görüş zamanı qarşılıqlı əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlər müzakirə olunub”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Lukaşenko Abxaziyaya səfər etsə də, Belarus buranı müstəqil dövlət kimi tanımır.
Oxu24.com
ŞƏRHLƏR