Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74331
az

SON DƏQİQƏ! Rusiyanı çökdürəcək yeni qərar qəbul edildi

19:3928 Sentyabr, 2022
1474
SON DƏQİQƏ
  • A

Avropa Komissiyası Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini açıqlayıb.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin birgə keçirdiyi mətbuat konfransında deyilib ki, “ötən həftə “Rusiya Ukraynaya təcavüzünü yeni bir səviyyəyə qaldırıb”.

Aİ liderləri bildirib ki, “Rusiyanın işğal etdiyi ərazilərdə saxta referendumlar keçirməsi qeyri-qanuni torpaq qoparmaq və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirmək cəhdidir”.

“Səfərbərlik və Prezident Putinin nüvə ritorikası gərginliyin daha da artırılması yolunda yeni addımlardır. Biz heç bir saxta referendumu və anneksiyaları qəbul etmirik. Biz bütün bunların bədəlini Kremlə ödətdirməkdə qətiyyətliyik. Bu gün biz Rusiyaya qarşı yeni sanksiya paketini təklif edirik”, - Ursula von der Leyen bildirib.

O vurğulayıb ki, növbəti sanksiyalar paketində fiziki və hüquqi şəxslərin yeni siyahısı təqdim olunacaq: “Ticarətin daha da məhdudlaşdırılması və Rusiya məhsullarına yeni idxal qadağaları. Hansı ki, bu, ölkənin iqtisadiyyatını 7 milyard avro gəlirdən məhrum edəcək. İxrac sahəsində məhdudiyyətlər, xüsusən də onun müharibəsi üçün lazım olan əsas texnologiyalar, aviasiya ilə bağlı hissələr və ya kimyəvi maddələr bura daxildir. Rusiya Avropanın beyin gücü və təcrübəsindən də faydalanmamalıdır. Beləliklə, biz təklif edirik ki, Rusiyaya Avropa xidmətlərinin göstərilməsinə əlavə qadağalar tətbiq olunsun. Aİ vətəndaşlarının Rusiya dövlət şirkətlərinin idarəetmə orqanlarında çalışması qadağan edilsin”.

Von der Leyen əlavə edib ki, sanksiyaların bir hissəsi Rusiyanın nefti ilə bağlı olacaq: “Biz neft qiymətlərinin həddi üçün hüquqi əsasın müəyyən olunmasını təklif edəcəyik. Bəzi inkişaf etməkdə olan ölkələrin hələ də aşağı qiymətlərlə Rusiya neftinə ehtiyacı var. Bu hədd Rusiyanın gəlirlərini azaltmağa və qlobal enerji bazarlarını sabit saxlamağa kömək edəcək. Biz sanksiyaların qarşısının alınması ilə bağlı səylərimizi gücləndiririk. Ona görə də biz yeni kateqoriya əlavə edirik ki, sanksiyalarımızdan yayınan şəxsləri siyahıya sala bilək. Məsələn, Rusiya tərəfi Avropadan məhsul alıb onu üçüncü ölkə vasitəsilə Rusiyaya keçirə bilməyəcək. Bu, güclü çəkindirici təsir olacaq”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məktəb direktoru faciəvi şəkildə öldü
Bu qanunlarda dəyişiklik edildi- Fərman
Boşananlara    BƏD XƏBƏR:Aliment məbləği ARTIRILIR

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi