Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74291
az

Sənədsiz ev sahiblərinə YENİ XƏBƏR: Bu şəxslərə başqa yerdən ev veriləcək

23:3327 Sentyabr, 2022
312
  • A

Sənədsiz ev problemi bu gün də ən aktual məsələ olaraq qalır. Yüz minlərlə şəxsin daşınmaz əmlakı hələ də dövlət qeydiyyatına alınmayıb. Müvafiq qurumlar həmin evləri işıq, su, qaz ilə təmin etsələr də, ancaq həmin evlərin sənədləşdirilməsi məsələsi problem olaraq qalmaqdadır.

Xatırladaq ki, Prezident İlham Əliyev sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalayıb. Buna uyğun olaraq işçi qruplar, komissiyalar da yaradılıb. Lakin bu problem hələ də öz həllini tapmayıb.

Maraqlıdır, on illərdir davam edən problemlə bağlı hansı yeniliklər var?

XəzərXəbər xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bir sıra dövlət qurumlarında bu istiqamətdə işlər davam etdirilir.

“Bu istiqamətdə işlər gedir. Əmlak Komitəsi də, Bakı Şəhər İcra Hakimiyyəti də bu yöndə işləyirlər. Dövlət başçısının sərəncamı da artıq hazır formadadır. Düzdür, mübahisəli məsələlər var, amma öz həllini tapacaq. Neçə vaxtdır ki, Prezidentin də bu barədə göstərişi var. Yaxın müddətdə problem həll olunmalıdır”,- deyə deputat vurğulayıb.

Millət vəkili hesab edir ki, dəmiryolu xəttinin üzərində, elektrik və qaz xəttinə yaxın olan evlərə sənəd verilməyəcək:

“Belə evlər kifayət çoxdur. Həmin şəxslərə başqa yerdən ev veriləcək. Yəqin ki mənzillə təmin olunacaqlar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Güclü partlayış olub: 5 nəfər dünyasını dəyişib
Baş prokurorla görüş var - BU RAYONLAR GEDƏ BİLƏR
DİQQƏT! Yollar bağlanır

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi