Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74276
az

SON DƏQİQƏ! Ukrayna istədiyinə nail oldu - Müharibənin gedişatı dəyişir

20:1227 Sentyabr, 2022
246
CƏMİYYƏT
  • A

Ukraynada müharibədə balansı dəyişə biləcək bir hadisə yaşandı. Müharibənin ilk günündən havada üstünlüyə sahib olan Rusiya ilə mübarizə aparan Zelenski istədiyinə nail oldu…
Müharibə başlayandan bəri Volodimir Zelenskinin israrla əldə etmək istədiyi hava hücumundan müdafiə sistemi Ukraynaya gətirilib.

Musavat.com CBS News-a istinadən xəbər verir ki, jurnalist Marqaret Brennanın suallarını cavablayan Ukrayna lideri ABŞ-ın təqdim etdiyi Milli Qabaqcıl Yer-Hava Raket Sisteminin (NASAMS) onlara çatdığını bildirib.

 

ABŞ-dan tank istədiklərini də vurğulayan Zelenski Vaşinqtonun bu addımı atacağı təqdirdə Almaniya kimi digər ölkələrin də Ukraynaya daha çox dəstək verəcəyini bildirib.

Zelenski tankların köməyi ilə Ukraynanın işğal olunmuş şəhərlərini daha asan xilas edə biləcəklərinə diqqət çəkib.

ZELENSKİDƏN NÜVƏ MÜHARİBƏSİ XƏBƏRDARLIĞI

Ukrayna lideri həmçinin xəbərdarlıq edib ki, nüvə müharibəsi real ola bilər.

“Bəlkə də, dünən blef idi. Amma bu gün bu, reallıq ola bilər. Mən Putinin blef etdiyini düşünmürəm” - Zelenski deyib.

Ukrayna lideri dünyanı Rusiya liderinə təzyiqlərini davam etdirməyə çağırıb.

 

Xatırladaq ki, Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz vermişdi.

Xersonun geri alınması digər işğal olunmuş şəhərlərin azad edilməsinə ümidi artıracaq. Bundan başqa, şəhəri alınması Zelenskinin dediyi kimi, Krım yolunu açacaq.

Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi dəyərləndirilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma gedən yolu açmaq üçün mübarizə aparır.

Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini bildirirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rütbədən məhrum edilən general kimdir? - DOSYE
İtkin düşən 2 nəfər tapıldı
642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
YDM-də işçiyə saxta əskinas verən şəxs saxlanıldı