Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalından azad olunmuş Füzuli rayonuna səfər edib.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 27 Sentyabr - Anım Günü ilə əlaqədar Füzuli rayonundan paylaşım edib.
"Anım Günü. Füzuli rayonu. 27.09.2022", - paylaşımda qeyd olunub.
***
Azərbaycan Prezidenti burada çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Oxu24.com
ŞƏRHLƏR