Qaynar xətt:

(+99450) 247 90 86

Hərbi komissar öldürüldü

SON DƏQİQƏ

724

26.09.2022, 10:34

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb.

Oxu24.com xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zini adlı şəxs saxlanılıb.

Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.