Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74197
az

Polip nədir, xərçəngə çevrilirmi? - Əməliyyat, yoxsa müalicə?

22:4125 Sentyabr, 2022
190
CƏMİYYƏT
  • A

Polip qədim yunan dilindən poly sözündən götürülüb, ayaq deməkdir. 

Müxtəlif orqanların toxuma, selikli qişasında yaranan, sanki bir və ya bir neçə ayağı ilə qişaya, toxumaya bərk yapışmış bir anomal törəmədir. 

Poliplər boğaz, burun, qırtlaq, bağırsaq, mədə, sidik kisəsi, öd, uşaqlıqda rast gəlinir.

Bir insanda çox sayda poliplərin yaranmasına meyillilik polipoz adlanır.

OXU24.COM  medicina.az-a istinadən bildirir ki, son 3 ildə Azərbaycanda polip diaqnozu, hər müayinədə polip axtarışı və insanlarda bu törəməyə çox rast gəlməsi polipin niyə yaranması və necə müalicə olunması məsələsini aktuallaşdırıb və bu mövzuda yanlış istiqamətlər çoxdur.

Polipin forması və xarakteristikasına görə növü çoxdur.

Yaranma səbəbləri isə müxtəlifdir. Elə polip var iltihabi prosesdən yaranır, elə polip var allergikdir. bəzənsə toksinləşmədən formalaşır. Qadınlarda çoxsaylı abortlar, hormonal fonun pozulmasından baş verir. 

90 % hallarda polip xoşxassəli olur, elə də ciddi təhlükəsi olmur. 
Ətraflı
Ad - 00:13

10-15% hallarda bədxassəliyə çevrilər bilər, daha çox böyümüş poliplər təhlükəlidir. Ona görə polip aşkarlanıbsa, xəstə mütləq ildə 1 dəfə yoxlanmalı, polipi nəzarətdə saxlamalı, əgər şübhəli məqam və sürətli böyümə varsa, o zaman əməliyyatla xaric edilməlidir.

Diaqnoz və müalicə

Poliplər USM, rentgen, endoskopiya, kolonoskopiya və ya hər hansı orqanda əməliyyat zamanı görülə bilər.

Poliplər daha çox yoğun bağırsaqda, öddə olduqda həkimi təcili addım atmağa məcbur edir.

Polipin dərman müalicəsi yoxdur, yalnız ölçülər böyük və yerləşməsi təhlükəli olduqda endoskopik yolla çıxarılır.

Polipi olan insanlar isti sauna, gündə qaralma, bir sıra fizioterapiya, vitamin terapiyadan uzaq durmalıdır və mütləq bu prosedurlarda həkiminə polipinin olmasını bildirməlidir.

Poliplər nadir halda hansısa simptomla özünü göstərir, ağrı vermir.

Polip əməliyyatla xaric edildikdən sonra, mütləq histoloji müayinəyə göndərilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Bakıda ev YANIR
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var