Rusiya Federasiyası müdafiə nazirinin müavini Ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib.
OXU24.COM APA-ya istinadən bildirir ki, nazir müavini başqa vəzifəyə keçirilib.
2008-ci il dekabrın 2-dən Rusiya Federasiyası Müdafiə nazirinin müavini olan Bulqakov silahlı qüvvələr üçün arxa xidmətin təminatına cavabdeh olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Mixail Mizintsev müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilib.
Oxu24.com
ŞƏRHLƏR