Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74110
az

Baydendən Azərbaycanı hiddətləndirəcək TƏBRİK:  \"Dağlıq Qarabağ xalqı...\"

22:0822 Sentyabr, 2022
346
  • A

“Biz erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik”.

Oxu24.com  xəbər verir ki, bu sətirlər ABŞ prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü münasibətilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubundandır.

Məktubda Bayden bildirir ki, “Müstəqillik günü münasibətilə Amerika Birləşmiş Ştatları adından erməni xalqına ən səmimi təbriklərimi çatdırıram! Biz bundan sonra da erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləyəcəyik. Sentyabrın 21-də biz sizin demokratiyaya sadiqliyinizi, ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq əlaqələrini qeyd etmək üçün erməni xalqına qoşuluruq. Son döyüşlər diplomatiyamızı ikiqat artırmağın zəruriliyini vurğulayır ki, Ermənistan öz qonşuları ilə münasibətləri normallaşdırmaq da daxil olmaqla, firavan və dinc gələcəyə baxa bilsin. Son hücumların qurbanlarına başsağlığı veririk. Regionda sabitliyin təmin edilməsi səylərinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və başqaları ilə işləməyə sadiq qalırıq".

Göründüyü kimi, C.Bayden məktubunda diplomatik və beynəlxalq sədləri kobudcasına aşaraq Azərbaycanın suveren ərazisində yaşayan erməni azlığını "Dağlıq Qarabağ xalqı" adlandırır. Bu qondarma təqdimat ABŞ rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən addımlarının davamıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-ın bu ölkədəki səfirliyi mühasirəyə alındı -VİDEO
Elan edildi: İran bu ölkəyə qoşun göndərir
Hiyləgər plan: İsrailə güclü və qəfil hücum hazırlanır

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO